FHN Bakının Xətai rayonundakı bina yanğını ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi gecə saatlarında Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Reaksiya.az  FHN-in saytına istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar