Vitamin artıqlığını orqanizmə zərər verir

Vitamin artıqlığını orqanizmə zərər verir
Tarix: 04.09.2017 09:11
Oxunma sayı: 602
Paylaş:

Alimlər B vitamini çoxluğunun orqanizmə zərərli olduğunu bildiriblər.

 ABŞ-ın Ohayo ştatındakı universitet alimlərinin apardığı tədqiqat və testlər nəticəsində B vitamini artıqlığının orqanizmə zərər verdiyi təsdiqlənib.

Tədqiqatçıların fikrincə, B vitaminindən sui-istifadə onkoloji və digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu maddə həyat üçün vacib bir sıra orqanların, həmçinin həzm sisteminin fəaliyyətində iştirak edir. Ümumiyyətlə, vitaminlər klinik şəraitdə qəbul olunmalı və onlardan istifadə müddətində ümumi sağlamlıq vəziyyəti nəzarətdə saxlanılmalıdır. B vitamini əsasən əsəb sistemi ilə bağlı problemi olanlara tövsiyə edilir. Bu zaman vitaminin orqanizmə zərər verməməsi üçün xəstə nəzarət altında olmalıdır.

Reaksiya.az

Şərhlər