Arktikada elmə məlum olmayan təkgöz canlı aşkar edildi

26.10.2017 12:23     Maraqlı     1578

Kanada alimləri Viktoriya adası sularında daha əvvəl elmə naməlum olan buğumayaqlılar fəsiləsinə aid canlı aşkar ediblər.

Bu haqda “National Geographic” saytında məlumat yerləşdirilib.

Tədqiqatçıların sözlərinə görə, naməlum varlıq planktona aiddir, iki millimetr uzunluğundadır, səkkiz ayaq və bir gözə malikdir. Ağızın yoxluğu və iki bığın mövcudluğu da həmçinin qeyd edilir.

Tədqiqatın aparıcı müəllifi Aureli Delaforqun fikrincə, bu cür canlının tapıntısı sübut edir ki, Arktika özündə bir sıra sirrlər saxlayır.

 

Reaksiya.az

 

 

Şərhlər