Yeni Yerə bənzər planet tapılıb.

Yeni Yerə bənzər planet tapılıb.
Tarix: 23.11.2017 11:43
Oxunma sayı: 777
Paylaş:

Avropa Cənub Rəsədxanasının (ESO) alim heyəti Günəş sistemindən 11 işıq ili məsafəsində yerləşən Yerə bənzər planetin kəşf edildiyini bəyan edib.

Alimlər burada həyat aşkar edəcəklərinə ümid edirlər.

Sakit Ross 128 ulduzunun ətrafında fırlanan planetin iqlimi mülayimdir.

Aşağı kütləvı planetin dövr müddəti təqribən 10 günə bərabərdir.

"Yeni dünya Ross 128 b adını alıb. Proksima b-dən sonra bu mülayim iqlimi ilə bizə yaxın ikinci Yerə bənzər planetdir.

Əlavə olaraq deyək ki, bu, qeyri-aktiv qırmızı çırtdan planet ulduzun ətrafında fırlanan Yerə ən yaxın planetdir. Bu isə planetdə həyatın aşkar edilməsi ehtimallarını daha da artırır", - deyə rəsədxananın açıqlamasında bildirilir.

HARPS (High Accuracy Radial velocity Planet Searcher) spektoqrafını

Ross 128 b planetini Çilidə ESO HARPS (High Accuracy Radial velocity Planet Searcher) qəbuledicisi ilə işləyən astronomlar kəşf edib.

Alimlər hesablayıblar ki, yeni planetin səthində dərəcə təqribən -60 və 20°C arasında olmalıdır.

Lakin alimlər nəticələri söyləməyə tələsmirlər: onlar hələ ki, Ross 128 b-nin yaşayış zonasının daxilində, xaricində və ya hüdudlarından kənarda olduğunu müəyyən edə bilməyiblər.

Yalnız bunu aydınlaşdırdıqdan sonra onlar bu planetdə yaşayışın olub-olmadığını öyrənə bilərlər.

Hazırda Yerə mülayim iqlimi ilə ən yaxın ekzoplanet, Proksima Sentavr ulduzunun ətrafında fırlanan Proksima b-dir.

ESO astronomları onu 2016-cı ilin avqustunda kəşf ediblər.

Proksima Sentavr ilə Günəş sistemi arasındakı məsafə 4 işıq ilindən bir az çoxdur.

Lakin ESO mütəxəssisləri iddia edirlər ki, Ross 128 b Yerə doğru hərəkət edir və "cəmi 79 min il sonra (kosmik miqyasda bu sadəcə bir andır) məhz bu planet bizə ən yaxın kosmik qonşu olacaq".

Alimlərin proqnozlarından belə qənaətə gəlmək olar ki, Ross 128 b planeti Proksima b-nin Yerə ən yaxın ekzoplanet siyahısındakı birinciliyini əlindən alacaq.

Proksima b planetinin orbitası Proksima Sentavr ulduzunun yaşayış zonasında yerləşir

"Proxima b planetinin səthində mülayim şərtlər olmasına baxmayaraq, ana ulduzunda partlayışlar zamanı Günəşin Yeri şüalandırdığından daha çox ultrabənövşəyi və rentgen şüalarına məruz qala bilər", - ESO astronomları izah edir.

"Rəqibindən" fərqli olaraq Ross 128 daha "sakitdir".

Bu isə nəzəri cəhətdən orada həyatın mümkün olması deməkdir.(bbc)

Reaksiya.az

Şərhlər