Nəvəsi olan 42 yaşlı qadın 20-ci uşağını DÜNYAYA GƏTİRDİ

Nəvəsi olan 42 yaşlı qadın 20-ci uşağını DÜNYAYA GƏTİRDİ
Tarix: 22.12.2017 15:27
Oxunma sayı: 779
Paylaş:

İsraildə 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib.

Bununla bağlı “Jerusalem Post” qəzeti məlumat yayıb.

Məqalədə bildirilir ki, qadın bununla bağlı açıqlama vermək istəməyib.

Doğuşda iştirak edən həkim Alisa Altmark qadının və dünyaya gətirdiyi oğlan uşağının vəziyyətinin yaxşı olduğunu deyib:

“Xəstənin doğuş otağında özünü rahat hiss etməsi çox vacibdir. Bunun üçün ona əvvəlki uşaqlarının yaşı, doğularkən çəkiləri və digər suallar verdim. Normal doğum oldu, ana artıq uşağını qucağına alıb və çox xoşbəxtdir”.

Həkim bildirib ki, qadının 20 uşağı arasında əkiz də var. Hətta böyük uşağı ailə qurub və nənədir, lakin ailə adlarının açıqlanmasını istəmir.

Reaksiya.az

Şərhlər