Klassik kostyumu bəyənməyimizin sirri nədir?

Klassik kostyumu bəyənməyimizin sirri nədir?
Tarix: 17.01.2018 14:16
Oxunma sayı: 723
Paylaş:

XVII əsrdən indiyədək demək olar ki, dəyişməyən geyim növü - bu, bütün dövrlərə uyğun gələn klassikadır, yoxsa, kişi kostyumu son günlərini yaşamaqdadır?

Londonun zənginlərin yaşadığı Mayfair rayonunda Savile Row küçəsi klassik kişi kostyumunun sinonimidir.

Burada ən məşhur atelyelər yerləşir, kral ailəsi daxil bir çox məşhurlar buradan paltar alıb.

Məşhur Henry Poole & Co atelyesində klasik kişi kostyumları 1806-cı ildən başlayaraq tikilir.

Britaniyaya xas kostyum modası qısa bir zamanda beynəlxalq norma halına gələrək qlobal fenomenə çevrildi.

Henry Poole & Co ustalarının sifarişlə tikdiyi kostyumun qiymətinə baxanda (təxminən 5300 dollar), aydın olur ki, belə geyimdə gəzmək yalnız cəmiyyətin elita zümrəsinin işi ola bilər.

Lakin şirkətin rəhbəri Simon Cundey, məsələnin belə qoyuşu ilə razılaşmır.

"Bu, funksional bir qeyimdir. Centlmenlər bu geyimdə özlərini daha yaxşı, sərbəst hiss edir, - Cundey deyir. - Bir çoxlarının dükanları gəzməyə vaxtı olmur. Bəli, bizim kostymların qiyməti bahadır, amma bu qiyməti 10 ilə böləndə (kostyumun təxminən 10 il geyiləcəyi güman edilir) bu xərc elə də baha görünmür".

В 1920-х мужчины обычно носили короткие пиджаки - за исключением тех формальных случаев, когда стандартом считался фрак

Kostyumun əsas cizgiləri XVII-ci əsrdə yaranıb, onun müasir forması isə XX-ci əsrin əvvəllərində forma alıb.

Kostyum dünya boyu kişilər tərəfindən daha çox geyilir, elitadan tutmuş sıravilərədək.

Biznes geyim forması kimi kostyumdan qadınlar da istifadə etməyə başlayıb.

New York-da Moda Texnoloji institutunun direktoru Valerie Steele hesab edir ki, kostyum müasirlik rəmzi olduğundan insanlar üçün əhəmiyyətli geyim funksiyasını qoruyub saxlamaqdadır.

"Kostyum müasirlik və səmərəlilik rəmzi kimi görünür. Həm status, həm funksionallıq mənasını özündə birləşdirir", - o deyir.

Ser Paul Smith-in kostyumlardan başı yaxşı çıxır.

O, modelyerdir, Pink Floyd və Beatles qrupu üzvlərindən tutmuş David Bowie kimi ulduzlara qədər paltar tikib.

Дэвид Боуи был одним из клиентов сэра Пола Смита

Paul Smith-in studiyası Covent Garden-də 1979-cu ildə açılıb.

O deyir ki, həmin dövrlərdə kostyumda yalnız biznesmenlər gəzməyə adət edərdi.

Adi adamlar isə kostyumu yalnız toya və ya yasa, və ya işə qəbul olunmaq üçün müsahibəyə gedəndə geyərdi.

Lakin Smith və digər modelyerlərin, misal üçün Giorgio Armani-nin səyləri nəticəsində, ənənəvi kostyumun görünüşü dəyişməyə başladı.

"Kostyumun cizgiləri sərtlikdən yumşaqlığa doğru dəyişdi. Gündəlik paltarda gəzməyə vərdiş edənlər üçün kostyumda gəzmək daha rahat oldu", - Paul Smith deyir.

Bununla belə, o qeyd edir ki, klassik kostyumlar öz mövqeyini qoruyub saxlamaqdadır.

Martin Pel Britaniyanın Brighton şəhərindəki Kral pavilyonunda moda sərgisinin kuratorudur.

O, klassik kostyumu "böyük bərabərləşdirici" adlandırır.

"Tanımadığınız adamı klassik kostyumda görəndə, onun kimliyini yoxlamağa artıq vaxt itirmək lazım gəlmir - o saat əməli məsələlərə keçə bilirsiz", - Martin Pel deyir.

Valerie Steele bu fikirlə razıdır.

Когда вы в костюме, к вам больше доверия

Steele moda tarixçisi Anne Hollander-in araşdırmalarına istinad edir.

Anne Hollander-ə görə, "kostyumun, öz əhəmiyyətini qoruyub saxlamasının səbəblərindən biri - onu əyninə geyənin fiqur cizgilərinin gözlənilmədən, yaxşılaşması ilə bağlıdır".

Buna, kostyuma lazım olan yerlərdə əlavə astar vurmaq, proporsiyaları biri-birinə uyğunlaşdırmaq imkanları hesabına nail olunur.

Müharibə dövrlərində kostyumlar fərqli məqsədlərə yarayıb. 1940-cı illərdə qadınlar tez-tez kişi işini yerinə yetirməli olub, bu səbəbdən, onlar kişi kostyumuna yiyələnməyə başlayıb.

"Kostyum işgüzar havanın yaranmasına kömək edirdi və onu əyində geyən sanki deyirdi: gəlin, işə keçək", - Martin Pel deyir.

Qadınlar kostyumu özlərinə uyğunlaşdırarq, kostyumun şalvarını yubkaya dəyişdilər.

Yeknəsəklik

Tarixən, kostyum hərdən insanların iradəsini əzmək üçün də istifadə olunub.

Çində "Mədəni inqilab" dövründə (1966-cı il) Mao Zedong ölkəni sürətlə və başdan ayağa tutmuş dəyişdirmək istəyirdi. Bütün avtoritar rəhbərlər kimi, o, insanların şəxsi həyatını, onların nə oxuduğunu, nə geydindiyini nəzarət altında saxlamağa çalışırdı.

Çində o zaman camaat indi "Mao Zedong kostyumu" adlanan geyimdə gəzirdi. Əslində bu geyimin müəllifliyini Çinin inqilabi rəhbəri Sun Yat-sen-ə aid etmək lazımdır.

Həmin, klassik görünüşdən uzaq olan kostyumlar 3 rəngdə idi: göy rəng - kəndlilər üçün, boz - partiya məmurları üçün, yaşılda isə hərbçilər gəzirdi.

Дизайнеру одежды сэру Полу Смиту нравится шить яркие и свободные костюмы

Görəsən, müasir demokratik cəmiyyətdə kostyumun funksiyası nədən ibarətdir?

Simon Cundey hesab edir ki, biznes aləmində kostyum geyən centlmenlər özlərini daha sərbəst hiss edir və sövdələşmə bağlayarkən daha ciddi qəbul olunurlar.

"Klassik kostyumun yox olacağına inanmıram, - Martin Pel deyir. - Onu hər gün də geymək olar, təntənəli hadisələ zamanı da. Kostyum həmişə dəbdə olacaq".

Paul Smith deyir ki, "yaşınız 13, ya 100 olsun, məktəbli və ya rok-ulduz olmağınızın fərqi yoxdur - qarderobunuzda kostyum üçün həmişə yer olacaq".(bbc)

Reaksiya.az

Şərhlər