Dənizdə itkin düşən azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır

Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb.

 

İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub. Gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da var. 

 Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisinin axtarışına iki sahil mühafizəsi gəmisi və iki vertolyot cəlb edilib. 

Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisindəki azərbaycanlıların adı məlum olub. 

İtkin düşən  gəmisindəki azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır.

 

Bu barədə Rusiya bürosuna Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov bildirib. Onun sözlərinə görə, Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır. 
 
İcma nümayəndəsi hazırda Saxalin vilayətində hava şəraitinin çox pis olduğunu söyləyib.(apa)

 

 

 

Reaksiya.az

 

 

Advertisement Banner

Şərhlər