“Kapital Bank”ın yeni Bravo-2 filialı istifadəyə verildi

08.02.2018 15:21     Maraqlı     2597

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Bravo-2 filialını istifadəyə verib

Reaksiya.az xəbər verir ki, yeni konsepsiya əsasında təqdim edilən filial Bakı şəhəri, Tbilisi prospekti, 3007-ci məhəllədəki Bravo hiper marketdə (20 Yanvar metrosunun yaxınlığında) fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

“Kapital Bank”ın yeni konsepsiya əsasında təqdim edilən Bravo-2 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Bravo-2 filialının açılışı ilə "Kapital Bank" 100-cü xidmət nöqtəsini istifadəyə verdi.

Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq ötən ay Kapital Bank-ın Füzuli filialının yeni ofisinin açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 93 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reaksiya.az

Şərhlər