Əhalinin pulsuz tibbi müayinəsinə başlanır

12.02.2018 13:24     Maraqlı     1710

Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır.

 

Reaksiya.az xatırladır ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalayıb.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sərəncamın icrası ilə əlaqədar respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.

Əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək.

Reaksiya.az

Şərhlər