Rektor dərsə gecikən tələbələrə zəngli saat hədiyyə etdi

16.02.2018 11:02     Maraqlı     2193

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

Rektor 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. Həmin tələbələr BANM-in dərslərə ən çox gecikən tələbələridir.

Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.

Reaksiya.az

Şərhlər