400 sevgili, günə 420 milyon dollar qazanc…

16.02.2018 11:17     Maraqlı     2320

“Kokain kralı” Pablo Eskobar

O, XX əsr kriminal dünyasının ən qəddar nümayəndəsi kimi tanınır.

Minval.info  kasıb ailənin 7 uşağından biri olmuş, öz ağlı və bacarığı ilə qısa zamanda dünyanın ən varlı insanına çevirilmiş “kokain kralı” Pablo Eskobarın həyatından məlumatları təqdim edir.

Kolumbiyalı narkotik qaçaqçısı, narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə “Forbes”  jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmiş Pablo Emilio Eskobar…

Həyatı. İlk cinayətkar fəaliyyəti

Pablo Eskobar 1 dekabr 1949-cu ildə Kolumbiyanın Antioqa şəhərində  7 uşaqlı ailədə  dünyaya gəlib. Atası təsərrüfatla məşğul olan kasıb bir kəndli, anası isə ibtidai sinif müəlliməsi idi. Onun gənclik dövrü Kolumbiyanın Medellin şəhərində keçib. Medellin 1970-80-ci illərdə ən təhlükəli şəhərlərdən biri idi. Çünki ölkənin əsas narko kartelləri burada yerləşirdi.

Eskobar ilk cinayətkar fəaliyyətinə  maşın oğurluğu ilə başlayır. Daha sonra isə şəhər məzarlığından baş daşlarını oğurlayaraq turistlərə satmaqla məşğul olur.

Sonralar xırda oğurluğun az qazanc gətirməsi səbəbi ilə Eskobar 1970-ci ildə narkotik biznesi ilə məşğul olmağa başlayır.  Beləliklə də, narkotikdən əldə etdiyi gəlir hesabına qısa zamanda varlanır.  O, 1975-ci ildə  Medellində bütün narko kartellərinin tabe olduğu baş narkobaron Fabio Restreponu öldürtdürür. Bundan sonra Kolumbiyada bütün narkotik transferi  Eskobarın nəzarətinə keçir. Hətta 1976-cı ildə ABŞ-da satılmış narkotikin 80 faizi onun hesabına yazılır.

Elə həmin ildə Eskobar 27 yaşında olarkən 15 yaşlı Maria Viktoriya ilə evlənir. Cütlüyün Juan Pablo və Mariya adlı övladları dünyaya gəlir.

“EskoBaron”

1980-ci  illərin əvvəllərində Eskobarın Kolumbiyada böyük narkotik imperiyası yaranır. Onun karteli  ABŞ, Pakistan, Meksika, Tayland ölkələrlə narkotik satışı ilə məşğul olurdu. Onun varidatı durmadan artırdı.  Gün ərzində 20-40 kiloqram narkotik satışı ilə məşğul olan kartel narkotikin qramını ən ucuz halda 150 dollara satırdı. Beləliklə də, o bu satışdan günə milyonlar qazanırdı.

Dünya ölkələrinə verilən kokainin 80 faizi Pablo Eskobarın şirkəti tərəfindən istehsal olunurdu. Bu səbəbdən də, onun bir günlük qazancı 420 milyon dollar təşkil edirdi. İlk başlarda onun bir illik qazancı 22 milyard dollar olur.

Pablo Eskobar 1990-cı ildə ABŞ-a qeyri-qanuni yolla 15 min ton kokain keçirməyə müvəffəq olur.

Eskobarın siyasi fəaliyyəti

Eskobar narkotik biznesini  daha da təhlükəsiz idarə etmək üçün 1983-cü ildə millət vəkili seçilmək qərarına gəlir. Beləliklə də, parlament seçkilərində deputat kimi qəbul olunur. Lakin onun deputat kimi seçilməyi birmənalı qarşılanmır. Belə ki, yerli qəzetlər  Eskobarın mandatlığı satın aldığını yazmağa başlayır.

1984-cü ildə isə Pablo prezidentliyə namizədliyini irəli sürür. Lakin Kolumbiya Ədliyyə Nazirliyinin rəhbəri narkobaron əleyhinə kampaniya yaradır. Bundan bir neçə ay sonra nazir öz xidmət avtomobilində güllələnir.

Bu, bütün ölkədə narko ticarətlə müharibənin başlanğıcı olur. ABŞ-ın dəstəyi ilə narkolaboratoriyalar bağlanır, işçilər həbs edilir. Bu müharibə 6 il davam edir və 50 mindən artıq insan həlak olur. Pablo Eskobarın adamları 200-ə yaxın müstəntiqin və 1000-ə  yaxın polisin öldürülməsində günahlandırılır.

Pablo Escobar ile ilgili görsel sonucu

1989-cu ildə yerli jurnalistlərdən biri Eskobarı həbs edəcək qədər dəlili olduğunu bəyan edir. Lakin həmin şəxs dəlilləri polisə gətirmək üçün təyyarəyə minən zaman Eskobarın adamları tərəfindən təyyarə havada partladılır. Hadisə nəticəsində jurnalist də daxil olmaqla 110 nəfər həlak olur.

Elə həmin ildə Ali Məhkəmənin sədri öldürülür, mitinqlərdə partlayışlar həyata keçirilir. Pablo Eskobar vasitəsilə ziyan görmüş insanlar onun əleyhinə “Los Pepes” təşkilatını yaradırlar. Bu təşkilat üzvləri onun sahib olduğu əmlakı partladır, narkobiznes ilə məşğul olan hər kəsi öldürür. Karteldə ABŞ-dan olan 727 təyyarə işləyirdi. Bir reys zamanı təyyarə 15 ton kokain və 25 milyon dollar daşıyırdı. SSRİ-də bir dəfəyə 40 ton narkotik daşıyan sualtı qayıq alınmışdı. Pablo Eskobar Kolumbiyaya borcların qaytarılmasını tələb etsə də, ABŞ onu hərbi qüvvələrin tətbiqi ilə təhdid etmişdi.

İlgili resim

Polislərə nifrət edən  Pablo Eskobar 200-ə yaxın müstəntiqin və 1000-ə  yaxın polisin öldürülməsində günahlandırılır.

Beləliklə də, bu hadisələr zənciri polisin  qatil narkobaranın izinə düşməsini sürətləndirir.  1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. 1992-ci ildə onun haqqında axtarış verilir. O, mətbuata verdiyi bir açıqlamasında əgər polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olacağı haqda elan verir.

Pablo Escobar ile ilgili görsel sonucu

Həmçinin hər bir polisin öldürülməsinə görə 3 min dollar vəd edən Eskobar polislərdən nifrət etdiyini hər zaman dilə gətirirdi. Eskobarın hər bir polisin başına 3 min dollar mükafat elan etməsi, 1970-1980-ci  illərdə 400 nəfər polisin ölümünə səbəb olur. 1993-cü ildən etibarən Eskobar gizlənməyə başlayır.

Onun yerinin müəyyən edilməsi üçün aparılmış əməliyyat prosesi 6 ay çəkir. Eskobarın ələ keçməsində oğlu Juan Pablo ilə saatlarla telefonla danışması səbəb olur. Polis tərəfindən yerinin müəyyən olduğunu anlayan Eskobar gizləndiyi evin damına çıxır.  Polisin çardağa atəş açması nəticəsində ağır yaralanan Pablo Eskobar hündürlükdən yıxılaraq ölür.

İlgili resim

Narkobaronun dəfn mərasiminə 20 min insan toplaşır. Onlar tabutun qapağını açaraq kumirlərinə son dəfə də olsa toxunmaq istəyirlər.

Narkobaranın varidatı

Pablo Eskobarın 34 əmlakı, yarım milyon hektar ərazisi, 40 qədimi avtomobili, içərisində nadir heyvanlar olan zooparkı var idi. Bundan əlavə baron öz 400-ə yaxın sevgilisi üçün müxtəlif gözəllik salonlu və incə təchizat əşyaları ilə zənginləşdirilmiş şəhər inşa etdirmişdi. Eskobarın ölümündən sonra onun əmlakı oğurlanır, zooparkdakı heyvanlar qidasızlıqdan tələf olur, sevgililərinin isə yarı faizi zavoda işləməyə göndərilir, yarı faizi isə fahişəyə çevrilir. Kolumbiya hökuməti Pablo Eskobarın əmlaklarından birində yaradılmış muzeyi heç cür dağıda bilmir.

Eskobarın qadınları

1974-cü ildə Eskobarın 24 yaşı var idi və o, 13 yaşlı Mariya Viktoriya Eneo Viexo ilə görüşməyə başlayır. Qızın valideynləri onlara mane olmaq istəyəndə cütlük Palmiraya qaçır. 1976-cı ilin mart ayında cütlük ailə həyatı qurur. Tezliklə hələ 15 yaşı tamam olmayan Mariya Xuan Pablonu dünyaya gətirir. 3,5 il sonra isə Eskobarın sevimli qızı Manuela anadan olur.

Eskobarın həyatı boyu həddən artıq məşuqələri olub. “El Patron” pedofilliyi ilə ad qazanmışdı. Narkobaron əsasən yetkinlik yaşına çatmayan bakirə qız uşaqlarına üstünlük verirdi. Pablonun 400 məşuqəsi olduğu barədə dəqiq fakt var. Bu qadınlar üçün kiçik, qapalı şəhər də inşa edilmişdi. Məşuqələr arasında aktrisa, gözəllik müsabiqəsi qalibləri, fotomodellər var idi. Onların hər biri üçün ayrıca kotec inşa edilmişdi. Həyətində hovuzu, dincəlmək üçün xüsusi talvarı, arxitekturası və dizaynı unikal olan mülklər kiçik bir şəhərə bənzəyirdi.

Pablo Escobar ile ilgili görsel sonucu

Uğurlu jurnalist və Kolumbiya televiziyasının tanınmış simalarından olan Virxiniya Valyexo da Eskobarın məşuqələrindən biri idi. Cütlüyün çox ciddi münasibətləri var idi. Valyexo ilə Eskobarın eşq macərası 5 il davam edir.

Ərinin bütün hoqqalarına baxmayaraq Eneo Viexo Pablonu bütün işlərdə dəstəkləyir, son günə qədər onun yanında olur. Sonradan Pablonun rəqibi sayılan Kali narko kartelinin liderləri etiraf edirdilər ki, arvadlarını Eskobarla Eneonun telefon danışıqlarını dinləməyə məcbur ediblər. Çünki bu danışıqları dinləyərək qadınlar ərlərini necə dəstəkləmək lazım olduğunu anlamalı idilər.

Pablo Escobar ile ilgili görsel sonucu

Eskobarın bilinməyən tərəfləri

Narkobaran Pablo Eskobarın ən sevdiyi məşğuliyyət futbol olur. Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar əslində heç vaxt narkotik və siqaretdən istifadə etməyib. Həmçinin Eskobar və ailəsi haqqında olan bəzi maraqlı məlumatlar onun həyat tərzinin sadə olduğunu göstərir.

Məlumatlara görə, o, hər il heç nədən 2 milyard pul itirirmiş. Belə ki, onun pul anbarında siçovullar pulun təxminən 10 faizini yeyərək məhv edirlərmiş.

Digər maraqlı bir məqam isə övladlarının çoxlu pul xərcləməsinə və siqaret çəkməsinə qarşı olan Eskobar, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırıb. Bu səbəbdən əksər medellinlilər  onu müsbət şəxs kimi xarakterizə edirdilər.

Məşhur narkobaran haqqında maraqlı məlumatlardan biri də qızı ilə bağlıdır. Belə ki, bir gecə qızı Manuellanın soyuq otaqda donmaması üçün milyarder 2 milyon dolları yandırıb və otağı qızdırıb.

Reaksiya.az

Şərhlər