Böyrək iltihabına qarşı - DƏMLƏMƏ

17.02.2018 13:17     Maraqlı     2604

Son illər ölkəmizdə böyrək xəstəliklərindən şikayətlənənlərin sayı durmadan artır.  İnsanlar bu problemdən qurtulmaq üçün həkimlərə və apteklərə üz tutsalar da, çox vaxt bu  problemi ev şəraitində asan üsulla  da aradan qaldırmaq olur. Gununsesi.info "Znaxar" jurnalına istinadən xəbər verir ki, bu dəmləmə sayəsində böyrəklərdəki narahatlıqlardan tamamilə azad olacaqsınız.

 

İstifadə edilənlər:

 

100 qram cəfəri (petruşka)

2 litr su

 

Hazırlanma qaydası:

 

Əvvəlcə 2 litr suyu qaynadın. Su qaynayanadək isə, cəfəriləri yaxşıca yuyun, sonra doğrayın. Su yaxşıca qaynadıqdan sonra  cəfəriləri əlavə edin. Həmən qazanın altını söndürüb,  soyumağa qoyun.

7 gün ərzində hər gün 1 dəfə bu qarışımdan 1 stəkan için. Tezliklə böyrəkləriniz sağlamlığına qovuşacaq.
 Qeyd edək ki, keçmişdə cəfəri ən faydalı otlardan sayılırdı. Bu səbəbdən də gündəlik qidada cəfəri yeyilir, bu otun dəmləməsi içilir, dəmləməsi ilə üz yuyurdular.

 
Cəfəri dəmləməsinin digər  faydaları:
orqanizmi ziyanlı maddələrdən təmizləyir
arıqlamağa kömək edir
dərinin vəziyyətini yaxşılaşdırır
ürəyin fəaliyyətinə mübət təsir edir, ürəyə düşən gərginliyi azaldır
 böyrəkləri duzlardan və qumdan təmizləyir
sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır
mübadilə proseslərini yaxşılaşdırır
orqanizmə iltihab və xərçəng əleyhinə təsir edir
qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstəliyi zamanı faydalıdır
 soyuqdəymə və qripp zamanı xəstənin vəziyyətini yüngülləşdirir, hərarətin düşməsinə kömək edir

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər