Bir şüşə şərab 120 min dollara satıldı | Reaksiya

Bir şüşə şərab 120 min dollara satıldı

1774-cü il istehsal tarixi göstərilən şərab Fransanın şərqində  hərracda  120 800 dollara satılıb.
 
 Nadir sayılan  butulkadakı  sarı şərab (vin jaune xüsusi növ turş ağ çaxır) Yura departamentində istehsal olunmuşdur. Onun hazırlanması üçün istifadə olunan üzüm Kral XVI Lüdovikin hakimiyyəti illərində yığılmışdır.
 
Hərracda bu kolleksiyadan olan daha iki şüşə  satılıb: biri  73 200 avroya, digəri isə 76 250 avroya.
Hər birinin tutumu 0,87 L olan üç butulka şərab Anatolya Versel şərab  həyətində istehsal olunub.  
Bu şərablara iki yüz il yarım ərzində  şərab paytaxtı hesab edilən Yurada, şərabı istehsal edənin Arbua şəhərində yaşayan  nəslindən olanlar malik olublar. Bu şərablar planetdə mövcud olan şərabların ən qocamanlarından biri sayılır.
 
Alıcılar kanadalılar, həmçinin hansısa amerikalı üçün alan və Fransada əlaqələri olan anonim alıcı olub.
 
Advertisement Banner

Şərhlər