20 yaşdan əvvəl uşaq doğmağın təhlükəsi

Havayi Universiteti alimləri sübut ediblər ki, çox cavan yaşlarda ana olan qadınların orqanizmində qocalma prosesləri sürətlənir.

Alimlər bunu müxtəlif ölkələrdən olan 1000 qadının həyat şəraiti və sağlamlığını analiz etdikdən sonra aşkar ediblər.   

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin müşahidələrinə görə 20 yaşdan əvvəl ana olan qadınlarda erkən klimaksın riski 43% artıq. Bundan əlavə belə qadınlar müxtəlif səbəblərə görə (qanaxma, uşaqlıq xəstəlikləri və s.) daha tez-tez uşaqlığın xaric edilməsi (histerektomiya) əməliyyatına məruz qalır.

Uşaq vaxtı keçirilmiş güclü stress və psixoloji travmalar da qadınlarda erkən menopauzanın riskini artırır.  

Kasıb ölkələrdə yaşayan qadınlarda menopauza orta hesabla 45 yaşıda, daha inkişaf etmiş ölkələrdə isə 10 il daha gec inkişaf edir.

Nəzərinizə çatdıraq ki, erkən klimaks qadının sağlamlığına ciddi ziyan vurur, onun həyatını qısaldır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər