Görmə qabiliyyətinizi itirmək istəmirsinizsə, bu məqamlara mütləq diqqət edin

İnsan bədəninin ən əhəmiyyətli orqanlarından biri olan gözlər həm genetik, həm də ətraf mühitin təsiri ilə tez-tez zədə ala bilir. Bu zədələrin nəticəsi bəzən çox ciddi olur və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır.

Xüsusilə, torlu qişa, sinir hüceyrələri və görmə mərkəzini qoruyan bəzi vitamin və mineralların azalması nəticəsində meydana gələn görmə qabiliyyətinin zəifləməsi problemi daha sıx rast gəlinir.

Publika.az xəbər verir ki, bu problemin öhdəsindən gəlmək üçün kənardan dəstək, yəni qidalanmaya fikir vermək lazımdır.

Mütəxəssislər bildirir ki, nə qədər erkən yaşlarda gözlərin sağlamlığının qeydinə qalmağa başlansa, bunun effekti bir o qədər yaxşı olar. Bu səbəbdən erkən yaşlarda gözlərin sağlamlığını qorumaq üçün müəyyən vitamin və minerallar qəbul edilməlidir. Bu vitaminlərlə zəngin olan qidalar isə gündəlik qida rasionuna daxil olunmalıdır.

Kök

Tərkibindəki A, C və E vitaminləri sayəsində gözdəki torlu qişanın işini yaxşılaşdıraraq deformasiyaya uğramasının qarşısını alır. Mütəxəssislər gözün sağlamlığı üçün ən yaxşı qidanın kök olduğunu bildirir. Həftədə 2 fincan kök suyu içmək yaş artdıqca göz xəstəliklərinin yaranmasını gecikdirir.

Brokolye

Lütein, zeaxastin ve beta-karoten kimi maddələrlə zəngin olan brokolye gözün quzehli qişasının incəlməsinin qarşısını alır. Eyni zamanda, soyuğa qarşı bədəni qoruduğu kimi gözləri də bakteriyalardan qoruyur.

İspanaq

Dəmir sadəcə qan üçün lazımi mineral deyil. Eyni zamanda, gözün sağlamlığını qoruması üçün də gərəklidir. Dəmir əskikliyi gözlərdəki damarların nazikləşməsinə və göz yorğunluğuna səbəb olur. Bu problemin qarşısını almaq üçün həftədə 2 dəfə ispanaq yeymək lazımdır. İspanağın faydalarını artırmaq üçün yumurta ilə birlikdə yeyilməsi daha yaxşıdır.

Balıq

Gözün sağlamlığı deyəndə ağıla ilk gələn qidalardan birinci balıq olur. Lakin balıq sadəcə Omeqa3 yağ turşuları kompleksi ilə gözləri təmin edir.

Üzüm

Qüvvətli bir antioksidant olan üzüm meyvəsi gözlərin sağlamlığı üçün olduqca önəmlidir. Genetik problemlərin aradan qalxmasında yardımçı olur və astiqmar kimi faktorlarının yaranmasının qarşısını alır.

 

Qarğıdalı

Qarğıdalı da brokolye kimi beta-karoten ve lütein baxımından zəngindir. Lakin bu maddələr yağ və odun təsiri ilə yox olurlar. Ona görə də qarğıdalının qaynadılaraq yeyilməsi tövsiyə edilir.

Kələm

Həm qüvvətli antioksidantdır, həm də antibakterial təsirə sahibdir. Gözün yorğunluğunu azaldır. Bir fincan kələm suyuna yarım qaşıq limon suyu əlavə edib içməklə gözlərin yorğunluğunu ala bilərsiniz.

Qoz

Gözlərin sinir hüceyrələrinə təsir edən qoz həm göz daxilinə, həm də ətrafına fayda verir. Gözləri virus və infeksiyalara qarşı qoruyur.

Yaşıl çay

Günəş, kompüter, televizor və telefonlardan çıxan şüalara qarşı gözləri qoruyur.

Portağal

C və E vitaminləri baxımından zəngin olan portağal göz sağlığına fayda verir.

Advertisement Banner

Şərhlər