Ələkbərov bu il neçə milyard dollar qazanıb? - Rəqəm açıqlandı

02.10.2019 12:43     Maraqlı     1383

“LUKOYL” şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın 500 ən zəngin insanının siyahısında yer alıb.  

Bu barədə “Bloomberg Billionaires Index”in (BBI) yeni hesabatında bildirilib.

V.Ələkbərov 18.9 milyard dollarla 49-cu yerdə qərarlaşıb. V.Ələkbərov 2019-cu ilin əvvəlindən bu yana 2.87 milyard dollar pul qazanıb.

Siyahıya liderliyi isə amerikalı Ceff Bezos edir. Onun sərvəti 108 milyard dollardır.

Sonrakı dörd yer isə belədir: Bil Qeyts (106 milyard dollar), Bernard Arnault (91.9 milyard dollar), Varren Buffet (81.5 milyard dollar) və Mark Zukerberq (68.1 milyard dollar).

Reaksiya.az

Şərhlər