Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı

Rusiyalı oliqarx-milyarder Vyaçeslav Doronin Moskva ətrafındakı Barvixada (orada həm də prezident Putinin iqamətgahı yerləşir) “kosmik” üslubda tikdirdiyi malikanəni satışa çıxarıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mlyarder həmin malikanəni Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli arxitektor Zaha Hadidin (hazırda o dünyadadır) layihəsi əsasında tikdirmişdi. Bu, Zaha Hadidin layihələndirdiyi yeganə özəl yaşayış obyektidir.

Doronin bu malikanəni qaradərili britaniyalı top-model və aktrisa Naomi Kempbell üçün toy hədiyyəsi kimi tikdirmişdi. Lakin qaradərili “gözəlçə” hələ rəsmi nigahdan əvvəl rusiyalı oliqarxla ayrılıb və nəticədə Doroninə onunla “kosmik” malikanədə yaşamaq qismət olmayıb.

Malikanə dörd mərtəbəlidir, 20 metrlik hovuzu, spa-kompleksi, idman zalı, yapon bağı, gecə klubu və s. var.

 

Vyaçeslav Doroninin 57 yaşı var, Leninqradda anadan olub, “Kapital Qrup” şirkətinin sahibidir, “Moskva-Siti” layihəsinin ortaqlarından biri olub. Onun sərvətinin həcmi bəzi məlumatlara görə 6 milyard dollara yaxındır. Doronin 21 illik arvadı Yekatrina ilə 2009-cu ildə boşanıb. Onların boşanma prosesi sərvətin bölüşdürülməsi mübahisəsinə görə uzun müddət davam edib. Nəhayət milyarder keçmiş arvadına 10 milyon dollar verərək “başından eləyib”.

Doronin afrika-yamayka mənşəli britaniyalı top-model və aktrisa Naomi Kempbellə 2008-ci ildə Kann festivalında tanış olub və ona vurulub. 2009-cu ilin avqustunda onların toyu olmalı idi, lakin Doronin arvadı ilə boşanma mübahisəsini bitirə bilmədiyi üçün toy təxirə düşüb. 2012-ci ildə isə onlar ayrılıblar.

Virtualaz.org

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar