"Apple" yeni "iPhone 12" smartfonunu təqdim edib

14.10.2020 07:46     Maraqlı     127

ABŞ-ın mobil smartfon nəhəngi “Apple” özünün yeni “iPhone 12” modelini təqdim edib.

Reaksiya.az xəbər verir ki, təqdimat mərasimi şirkətin veb saytında yayımlanıb.

Model beş rəngdə - qara, ağ, qırmızı, yaşıl və tünd mavi rənglərdə təqdim olunub.

Bundan əlavə, smartfonlar 5G mobil şəbəkəsini də dəstəkləyəcəklər. Cihaz iki kamera ilə təchiz olunub və düz kənarlarına görə “iPhone 4” və “iPhone 5” modellərini xatırladır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər