Alimlər 5G ilə koronovirus arasında əlaqə barədə araşdırma aparıblar

19.01.2021 14:20     Maraqlı     128

"Deloitte" Beynəlxalq Konsaltinq şirkəti beşinci nəsil rabitə şəbəkələri ilə (5G) koronavirus infeksiyalarının sayının artması arasında mümkün əlaqə barədə araşdırma aparıb.

Reaksiya.az oxu.az-a istinadən bildirir ki, nəticədə, COVID-19-un 5G texnologiyası ilə yayıldığı iddia edilən nəzəriyyə mif sayılıb.

"Bu mümkün deyil. COVID-19 - virusdur və hava-damcı yolu ilə insandan insana ötürülür. Viruslar radio dalğaları vasitəsilə yayıla bilməz", - deyə araşdırma müəllifləri bildiriblər.

Mütəxəssislər 5G-nin insanların immunitet sistemini zəiflədə biləcəyinə dair müzakirələrin də həqiqətə uyğun olmadığını vurğulayıblar.

Reaksiya.az

Advertisement Banner

Şərhlər