Bir insandan başqasına bədən üzvünün köçürülməsi icazəlidirmi?

19.01.2021 16:34     Maraqlı     858

Dinimiz baxımından insanın bədən üzvləri də ehtirama layiqdir. Bir kəsin sağlamlığı xatirinə başqasını şikəst etmək icazəli deyil. İnsanın həyati əhəmiyyətli bədən üzvünü (məsələn, göz, əl, ayaq və s.) başqasına köçürmək qadağandır. İstər bu iş donorun (bədən üzvü köçürülən şəxsin) icazəsi ilə olsun, istərsə də razılığı olmadan edilsin. Bunun müqabilində pul almaq da düzgün deyil. Amma bir şəxsin həyati əhəmiyyət daşımayan bədən üzvünü başqasına köçürməklə ikinci şəxsin həyatı xilas olacaqsa, bu cür əməliyyatlara iacazə verilir. Məsələn, bir şəxsin hər iki böyrəyi normal fəaliyyət göstərir və o, bir böyrəklə də yaşaya bilər. Bu halda onun böyrəklərindən birini özünün icazəsi ilə böyrəyi yararsız olan başqa şəxsə köçürmək olar. Bunun müqabilində donor şəxsin pul alması da günah deyil.

Reaksiya.az

Şərhlər