Yaponiyada yeməklərin dadını ötürən televizor ixtira edilib

24.12.2021 13:37     Maraqlı     144

Yaponiyada Tokio Universitetinin professoru Meydzi Miyasita yeməklərin dadını ötürə biləcək televizor ekranının prototipini ixtira edib.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, qurğuya “Dadı televizorla yoxla”, yaxud “Taste the TV” adı verilib. Tamaşaçılar televizor ekranına müdaxilə edərək göstərilən yeməyin dadını hiss edə bilərlər.

M.Miyasita tələbələrdən ibarət 30 komanda ilə işləyir. İlkin dəyərləndirməyə əsasən, yeni qurğu 875 dollara qiymətləndirilib.

Şərhlər