Yaponiyada qocalığın qarşısını alan peyvənd hazırlanıb

27.12.2021 13:39     Maraqlı     205

Yapon alimləri qocalığa qarşı dərman hazırlayıblar. İlk dəfə ərsəyə gətirilmiş xüsusi peyvənd hüceyrələrin qocalma prosesini dayandırır. AzVision.az xəbər verir ki, bu barədə “Nature Aging” jurnalı məlumat yayıb. Bildirilir ki, artıq ilk sınaqlar da və elm adamlarının əldə etdikləri müsbət nəticələr iynənin yararlılığını təsdiqləyib.

Musavat.com xəbər verir ki, alimlər insanın yaşlanma prosesi zamanı parçalanmağa başlayan qocalmış hüceyrələrə təsirlərdən söz açıblar. Bu parçalanma prosesi ən çox osteoporozun inkişafına və damarların sərtləşməsinə səbəb olur.

- İndiyədək dərman siçanlar üzərində sınaqdan keçirilib. Nəticələr isə çox müsbət qiymətləndirilir. Yaşlanan hüceyrələrin sayı kəskin şəkildə azalıb. Hətta bu yeniliyin sayəsində artıq şəkərli diabet xəstələrinin müalicəsi haqqında da danışmaq olar-, məqalədə yazılıb.

Şərhlər