3 dəqiqəlik aviareys istifadəyə verilib

15.10.2015 10:00     Maraqlı     2964

 Xorvatiyanın Split şəhərində şəhər mərkəzi ilə beynəlxalq hava limanı arasında aviareys istifadəyə verilib.

Reaksiya.az xəbər verir ki, aviareys 3 dəqiqə davam edir, biletin qiyməti təqribən 19 avrodur.

Daşıyıcı Xorvatiyanın materik hissəsi ilə ətraf adalar arasında hava yolu şəbəkəsini genişləndirməklə məşğul olan "European Coastal Airlines" (ECA) aviaşirkətidir.

ECA Korçula, Loşin, Lastovo, Xvar və Rab adalarına uçuşlar təşkil edir.

Hazırda dünyada rəsmi olaraq tanınan ən qısa aviareys Şotlandiyanın iki Orkney adası (Vestrey və Papa Vestrey) arasında təşkil olunan uçuş hesab olunur. Adalar arasında məsafə 2,5 km-dən bir qədər çoxdur. Təyyarə bu məsafəni cəmi 2 dəqiqəyə qət edir.

Şərhlər