Məşhur milyarder ofisiantı belə təəccübləndirdi

24.10.2015 01:32     Maraqlı     2021

Türkiyənin Egey dənizi sahillərində istirahət edən rusiyalı milyarder Roman Abramoviç velosiped turu üçün yanaşdığı körpüdə qayığın ipini tutan ofisianta 2 min türk lirəsi məbləğində bəxşiş verib.

Reaksiya.az “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, “Çelsi” futbol klubunun sahibi R.Abramoviç tətilini “Eclipse” yaxtası ilə Egey dənizi sahillərində keçirir.

Ailəsi ilə birlikdə tətil keçirən milyarder 25 min dollarlıq velosipedi ilə dövrə vurub. Qayıqla 10 mühafizəçinin müşahidəsi ilə yaxtadan ayrılan R.Abramoviç quru yolda yerləşən restoranın körpüsünə yaxınlaşıb.

O, qayığın ipini bağlayan ofisiant Selçuk Günaya 2 min türk lirəsi məbləğində bəxşiş verib. Ofisiant əvvəlcə R.Abramoviçi tanımayıb. Milyarderin təvazökar insan olduğunu deyən S.Günay bəxşişin maaş gününə düşdüyünə görə çox sevinib: “Gedərkən ona təşəkkür etdim və gələn il də gözlədiyimizi dedim”.

Şərhlər