Dövlət başçılarının keçmiş həyatı - Hər kəs üçün maraqlı olub

24.10.2015 16:29     Maraqlı     2440

Dövlət başçılarının həyatı, keçmişi, uşaqlığı hər zaman hər kəs üçün maraqlı olub.

Düşünmüşük ki, görəsən onlar prezident olmazdan əvvəl, xüsusən də gənclik illərində hansı işlərlə məşğul olublar.

Reaksiya.az dövlət rəhbərlərinin 20 yaşlarına uyğun məlumatlarını və fotolarını sizə təqdim edir.

David Kameron, Böyük Britaniyanın baş naziri

Kameron Oksforddakı Brasenose kollecindən məzun olduqdan sonra sağçı partiyalar üzərində araşdırmalar aparıb. Mərkəz Sağ Ofisində işgüzarlığı ilə tanınan Kameron, məktəbdə gecə həyatına düşkünlüyü və avaralığı ilə tanınıb. Kameronun aralarında olduğu komanda çox içki içmələri, vandal və pis davranışları ilə məşhur olub. Elə o səbəbdən də Kameron hər zaman bunun haqqında danışmağı rədd edir.

Vladimir Putin, Rusiya Prezidenti

Tez-tez idman edərkən və ya xalqın arasında təkbaşına gəzərkən görülən Putin universitet illərində işləməyə həvəsli gənc olub. Putin Leninqrad Dövlət Universitetindən məzun olduqdan sonra təhlükəsizlik orqanlarında çalışıb. Direktor katibi, xüsusi xidmət orqanı, kadr hazırlığı kimi işlərdə çalışdıqdan sonra xarici xüsusi xidmət orqanında çalışanlar onun fərqinə varmağa başlayıb. 10 ildən çox xüsusi xidmət zabiti olaraq çalışıb. Putinin 20 yaşında olduğu dövr bir az gizli qalır. Amma universitet illərində cüdo ilə məşğul olduğu məlum olub.

Barak Obama, Amerika Birləşmiş Ştatlarının Prezidenti

1983-cü ildə Kolumbiya Universitetində siyasət elmindən məzun olduqdan sonra Çikaqoya köçən Obama 1988-ci ildə Harvard Hüquq fakültəsində qeydiyyatdan keçib. Amma Harvarddan əvvəl mənəvi dəyərlərlə maraqlanıb və səyahətlər edib. Çikaqodakı bir kilsəyə daxil olub, Keniyadakı qohumlarını ziyarət edib. Nyu-Yorkdakı Kolumbiya Universitetindən əvvəl Los Ancelesdəki Occidental kollecində iki ilini keçirən Obamanın “qara dəftər”i də boş deyil. Obamanın gənclik illərində problemlərini dəf etmək üçün alkoqol, marixuana və kokain istifadə etdiyi deyilir.

Bəşər Əsəd, Suriya Prezidenti

Bəşər Əsəd 20 yaşında Dəməşq Universitetində tibbi təhsil alıb və 1988-ci ildə məzun olub. Dəməşqin başqa bir xəstəxanasında göz həkimi olmaq üçün işini davam etdirən Əsədin planları arasında siyasət olmayıb. Dəməşqdə hərbi həkim vəzifəsində işlədikdən sonra Londona gedən Əsəd qardaşının avtomobil qəzasında öldüyündən sonra Suriyaya qayıtmaq məcburiyyətində qalıb. Və atası Hafiz Əl-Əsədin dövlət başçılığı vəzifəsini alıb.

Angela Merkel, Almaniyanın ilk qadın kansleri

Merkel hələ 20 yaşındaykən birinci əri Ulrich ilə Leypsiq Universitetindəki fizika dərslərində tanış olub. 1974-cü ildə tanış olan cütlük 1977-ci ildə evlilik qərarı alır. O illərdəki rejimin qaydalarına görə birlikdə yaşamaq üçün evlənmək lazım idi. Məzun olduqdan sonra barmenlik edən Merkelin həyat yoldaşı ilə birlikdə yaşadığı ev olduqca kiçik olub. Merkel ilk həyat yoldaşından 1982-ci  ildə boşanıb və 1998-ci ildə kimya professoru olan Toaçim Souer ilə ailə qurub. Merkelin gənclik illərində iştirak etdiyi partiyalarda favorit içkisi isə albalı araq olub.

Benyamin Netanyahu, İsrailin baş naziri

Netenyahu 20 yaşı tamam olmadan İsrailin Müdafiə Nazirliyində xidmətə başlayıb. O, 1972-ci ildə qaçırılan bir sərnişin təyyarəsini xilas edib. 20 yaşından sonra həyatını ABŞ-da keçirən Netanyahu memarlıq və idarəetmə təhsili alıb. Netanyahu hələ 30 yaşınadək çox sayda desant hərəkatında və Suriya basqınında iştirak edib.

Kim Çen In, Şimali Koreya lideri

Simvolik səbəblərdən doğum tarixi 1982-ci il olan Şimali Koreya lideri sirrlərlə doludur. Bəzi mənbələr onun İsveçrədə təhsil aldığını söyləsə də, təbii ki, bunun həqiqət olub-olmadığını bilmirik. Bildiyimiz Kim Çen In Hərb Universitetində təhsil alıb. O, "Çikaqo Bulls" komandasının fanatıdır. Dövlət başçısı basketbolçu Dennis Rodmanı çox sevdiyindən onu Şimali Koreyaya dəvət edib.

Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti

Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulda anadan olub. 1965-ci ildə Kasımpaşa Piyalə ibtidai məktəbinin, 1973-cü ildə isə İstanbul İmam Xətib Məktəbinin məzunu olub. Fərq dərsləri imtahanını verərək Əyyub Litseyindən də diplom alıb. Mərmərə Universiteti İqtisadi və Ticarət Elmləri fakültəsində oxuyan Ərdoğan bu məktəbdən 1981-ci ildə məzun olub. Gənclik illərindən etibarən ictimai həyat və siyasətə üstünlük verib.  İntizamlı komanda işinin və komanda ruhunun əhəmiyyətini özünə çox gənc yaşlarında dərk edən Ərdoğan 1969-1982-ci illərdə həvəskar kimi futbolla məşğul olub. Rəcəb Tayyib Ərdoğan 1976-cı ildə MSP Bəyoğlu Gənclər Təşkilatının sədri və həmin il də MSP İstanbul Gənclik Təşkilatının sədri seçilib. 1980-ci ilə qədər bu vəzifəsidə çalışan Ərdoğan siyasi partiyaların bağlanması dövründə özəl sektorda bir müddət məşvərətçi orqan və yüksək səviyyəli idarəçilik edib. Eyni zamanda bu illər gənc bir idealist kimi ölkə məsələləri və ictimai problemlərlə məşğul olan Rəcəb Tayyib Ərdoğan aktiv siyasətə addım atıb.

Həsən Ruhani, İran Prezidenti

Tehran Universitetində məhkəmə hüquqi təhsili aldıqdan sonra Ruhani Şah əleyhinə Xomeyni tərəfdarlarının səfərlərində iştirak edib. Parisdə sürgündə olan Xomeyniyə qoşulmaq üçün ölkəni tərk edib. 20 yaşının sonlarına doğru Ruhani bir neçə dəfə Xomeyni tərəfdarı olduğuna görə həbs olunub. Həmin illərdə maraqlı olanlar isə Ruhaninin Şotlandiyada oxuması, Fars dili ilə yanaşı yüksək səviyyədə ingilis, ərəb, fransız, alman və rus dillərində danışa bilməsi olub.

Şərhlər