Ərdoğan oğlunun İtaliyaya qaçdığı iddialara cavab verdi - "Milyard dollarımı İtaliyaya apardı"

25.10.2015 00:06     Maraqlı     2243

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oğlu Bilal Ərdoğanın İtaliyaya qaçdığı iddialara yumor tərzilə cavab verib.

Reaksiya.az xəbər verir ki, Ərdoğan bu olaya belə münasibət bildirib:

"Maraqlı bir şey var, əlbəttə. Oğlum rahat dayanmır, mənim toplanmış milyard dollarımı İtaliyaya qaçırdı və oraya yerləşdi. İndi də o milyardlarla dolları hara qoyacağını bilmir. Yəqin ki, bir yerə qoyub gəlib. Doktorluğunu bitirənə qədər də İtaliyaya gedib gələcək. Həkimliyi bitdikdən sonra da  TÜRGEV-də sizlərə xidmət edəcək".

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan TÜRGEV-ə aid Xədicə Xatun Ali Təhsil Qız Yataqxananın açılışında etdiyi çıxışında "Xeyir işlərində qapımı çalan hər kəsə hər cür dəstək verdim. Biz bu məqama da millətdən icazə alaraq gəlmişik. Bu məsələdə hər cür spekulyasiyaları edənləri bilirsiniz. Bundan sonra da edəcəklər. Bunların bu günə qədər bu cür layihələri olmayıb. Həmişə böhtan atıblar. TÜRGEV-in yataqxanalarında 8 min qızımız qalır. Arzumuz odur ki, bu, 16, 32 min olsun. İnşallah, daha da artsın. Çünki buna çox böyük ehtiyac var. Biz qızlarımızın belə yerlərdə qalmasını istəyirik. Hazırda 193 universitetimiz var. Bu ölkədə elmin çatmadığı yer qalmayacaq. Bizim bütün arzumuz, istəyimiz odur ki, xalqımız elmə yiyələnsin. Xədicə Xatun Ali Təhsil Qız Yataqxanası sizlərə xeyirli olsun. İnşallah, bundan sonrakı açılışlarda da bir arada olaq" sözlərini deyib.

Şərhlər