Məşhur aktyor prezident seçildi

26.10.2015 04:47     Maraqlı     2138

Korrupsiya qalmaqalı ilə bağlı ölkə başçısının istefasından sonra Qvatemalada keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turu da yekunlaşıb.

Reaksiya.az reporta istinadən xəbər verir ki, keçmişdə komediya aktyoru kimi məşhur olan Cimmi Morales seçkilərin favoritidir.

Bülletenlerin 84 faizinin hesablanmasından sonra məlum olub ki, Morales səslərin 70,4 faizini toplayıb. Onun yeganə rəqibi - ölkənin sabiq birinci ledisi Sandra Torresin namizədliyini isə seçicilərin yalnız 29.6 faizi dəstəkləyib. Aktyor artıq öz qələbəsini elan edib.

Beləliklə, Cimmi Morales Qvatemalanın 50-ci prezidenti elan ediləcək.

Şərhlər