"Bəyin oğurlanması" haqda bilmədiklərimiz

27.10.2015 04:50     Maraqlı     3198

1.     Filmin quruluşçu rejissorluq işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər.

2. Filmdə məşhur “ Bir yağış yağır ki, tut ucundan göyə çıx” ifadəsini eşitdiyimiz zaman yağan yağış həqiqidir.

3.  Filmin rejissorlarından Vaqif Mustafayev müsahibəsində demişdir: Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi bəyəndi, indi rahatlıqla deyə bilirəm ki, bəli, bu filmi mən çəkmişəm.

4.  Filmin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Bu, rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın. Buna görə aktyorların illərlə küsülü qaldığı deyilir.

   5. Pirotexnik obrazının ifaçısı Ələsgər Məmmədoğlu həqiqətən stuldan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər.

6. Filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmayılov həqiqətən ikinci mərtəbədən yıxılır.

7. Bərbər rolunda milliyətcə erməni, Bakıda doğulmuş və təhsil almış Karen Ovanesyan çəkilmişdir. O, indi də müsahibələrində Bakı üçün darıxdığını deyir.

Şərhlər