Sınmayan şüşə hazırlandı

31.10.2015 03:56     Maraqlı     1989

Yaponiyalı alimlər möhkəmliyinə görə polad materialı ilə müqayisə oluna bilən sınmayan şüşə hazırlayıb. Yerli KİV yazır ki, materialın tərkibində alüminium oksidin artırılması hesabına belə effekt əldə edilib.

Reaksiya.az ICTnews-a istinadən xəbər verir ki,  "biz tezliklə belə unikal şüşənin kütləvi istehsal metodlarını hazırlayacağıq" - sınmayan şüşənin yaradıcılarından biri Tokio Sənaye Elmləri İnstitutunun professoru Asunobu Masuno məlumat verib.

Gözləntilərə görə, sınmayan şüşə 5 il ərzində bazara çıxarılacaq.

Şərhlər