Bu adam 216 gün kosmosda qaldı

31.10.2015 04:59     Maraqlı     1970

Beynəlxalq Kosmik Stansiyada çalışan Scott Kelly kosmosda ən uzun müddət yaşayan astronavt olaraq tarixə düşüb. 216 gün kosmosda yaşayan Scott 2007-ci ildə kosmosa qalxan Mişel Lopez-Aleqrianın rekordunu yeniləyib. Kelly kosmosda təxminən bir il daha yaşayacaq. NASA-nın həyata keçirdiyi “əkizlər projesi” çərçivəsində kosmosa göndərilən Kelly qayıtdıqdan sonra səhhəti 10 ay ərzində əkiz qardaşı ilə müqayisə ediləcək. Bu qarşılaşdırma kosmosun insan səhhətinə, psixologiyasına, davranışlarına necə təsir etdiyini göstərəcək.

Şərhlər