Kökəlmək istəyirsinizsə bu məsləhətlərə əməl edin!

03.11.2015 12:49     Maraqlı     2315

Çəkinizi artırmaq istəyirsinizsə ilk növbədə sərf etdiyinizdən daha çox kalori almağa çalışmalısınız.

Reaksiya.az çəkini artırmaq üçün düzgün qidalanmanının yollarını təqdim edir:

1. Bir stəkan soyuq südü, bir yumurta və bir az da balı qarışdıraraq gündə 1-2 dəfə içmək lazımdır. İlk dadı xoş gəlməsə də zamanla alışacaqsınız.

2. Gün ərzində 3 dəfə əsas yemək vaxtlarında yaxşı qidalanmalısınız. Əgər həmin saatlarda yemək yemirsinizsə fındıq, qoz, kişmiş kimi kalorili çərəzlər yeyin.

3. Yeməkdən əvvəl və sonra dərhal su içmək məsləhət görülmür. Su toxluq hiss yaradır və daha az yeməyə səbəb olur.

4. Kökəlmək istəyirsinizsə, gündəlik olaraq şirniyyat yeməlisiniz.

5. Plov, makaron kimi yüksək karbohidratlı yeməklərə üstünlük verin.

6. Hər gün eyni yeməklərlə qidalanmayın. Dəyişiklik etsəniz iştahanıza müsbət təsir göstərəcək.

7. Meyvə şirələri yüksək kalorilidir. Su əvəzinə şirələrə üstünlük verin.

8. Siqareti atın, həm iştahanızı azaldır, həm də sağlamlığa zərərlidir. 

Şərhlər