Yaş yarımlıq körpə zəhərli ilanı dişləyərək öldürdü - VİDEO

04.11.2015 06:09     Maraqlı     2161

Braziliyanın Rio-Grand-du-Sul ştatının Mostardos şəhərində yaş yarımlıq körpənin etdiyi hərəkət ölkəni şoka salıb.
 
Reaksiya.az xarici mediaya istinadən xəbər verir ki, körpə zəhərli ilanı dişləyərək öldürüb.
 
Hadisə Lorenso adlı körpə evlərinin bağçasında oynayarkən baş verib. Körpənin son dərəcə təhlükəli olan ilanı necə dişlədiyi məlum deyil.
 
Lorensonun anası Gaucha radiostansiyasına açıqlamasında bildirib ki, həyətə çıxanda uşağın dişlərində ilanı saxladığını görüb. O, kömək üçün ərini çağırıb.
 
Körpə dərhal xəstəxanaya çatdırılıb. Amma həkimlər onda zəhərlənmənin əlamətlərini tapmayıblar. Lorenso özünü əla hiss edir.

Şərhlər