Polisdən qəribə pul qazanmaq üsulu

05.11.2015 04:38     Maraqlı     2159

Büdcəsinin az olmasından şikayət edən Böyük Britaniya Nottinhemşir qraflığı polis təşkilatı bu problemi qəribə bir üsulla həll etməyə çalışacaq. Reaksiya.az-ın anspressə istinadən verdiyi məlumata görə, təşkilat bu məqsədlə polis avtomobillərinin üzərində reklam yerləşdirilməsi üçün işə başlayıb. 

Bu istiqamətdə ilk addımı atan təşkilat “özünü xilas etmə” tədbirləri çərçivəsində sadəcə avtomobillərə reklam almaqla kifayətlənməyəcək. Xəbər mənbəyi bildirir ki, təşkilat bu məqsədlə polis şöbələrinin yerləşdiyi binaların üzərinə reklam panelləri yerləşdirməyi də istisna etmir. 

Amma bu plan cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Pul üçün polisin bu yola getməsinə kəskin etiraz edənlər var. Bəziləri hesab edir ki, pul üçün üzərinə reklam yerləşdirilən polis avtomobilləri ciddiyətdən uzaq olacaq və polisin hörməti azalacaq. Etirazçılar arasında bu vəziyyətdəki polis avtomobillərinin ralli maşınlarına bənzəyəcəyini deyənlər də var. 
Daha əvvəl ABŞ polisinin də analoji addımı atdığı bildirilmişdi. 

Şərhlər

Çox oxunanlar