İtaliya Fransanı geridə qoydu

05.11.2015 05:29     Maraqlı     1927

Avropada şərab istehsalında 2.7 faiz artım müşahidə olunub. Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, bu barədə Avropa Birliyi ferma federasiyasının ekspertləri açıqlama veriblər. İstehsalatın artmasını əlverişli hava şəraiti ilə əlaqələndirən federasiya rəsmiləri bildirib ki, məhsulun bol və keyfiyyətli olması istehsalın həcmini artırıb.

“Bütün Avropada 171 milyon hektolitr şərab toplanıb. Lakin bunu heç də irihəcmli artım hesab etmək olmaz. Keyfiyyət çox yaxşı olacaq. Qiymətlərin dəyişməsinə isə, heç bir əsas yoxdur”. 

Belçikanın peşəkar kənd təsərrüfatı təşkilatı komitəsinin rəsmisi Tyeri Kost belə deyib.

Bu il ən çox şərab istehsal edən ölkə isə, İtaliya olub. İtaliya bununla Fransanın birinciliyini əlindən alıb.

Şərhlər