Hissləri ifadə edən klaviatura hazırlanıb

06.11.2015 06:20     Maraqlı     2743

Smartfon və planşet klaviaturasının yazışmalar zamanı əsas düymələrindən olan smayliklər artıq PS klaviaturasında da olacaq. Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, bu istiqamətdə hazırlanan naqilsiz klaviaturalar istifadəyə verilib. “EmojiWorks” seriyasından olan klaviatulanın indilik 3 növü var. Onlar; “Emoji Keyboard”, “Emoji Keyboard Plus” və “Emoji Keyboard Pro”dur. 

Hərflərin üstündə 1 və ya 2 fərqli smayliki olan klaviaturanın plus və pro modellərində əlavə olaraq smayliklərin rəngini dəyişdirmə variantı da var. 

İlkin olaraq sifarişlə istehsal olunan Bluetooth dəstəkli Emoji klaviatura modelləri müxtəlif əhatə dairələrinə sahibdir. Standanrt “Emoji Keyboard”da 47 smayliki 1 düymə ilə yazmaq mümkündür. “Emoji Keyboard Plus”da isə bir düymədə iki smaylik var. Ən inkişaf etmiş model “Emoji Keyboard Pro”da isə sürətlə 120-dən çox smaylik əldə etmək mümkündür. Bu məqsədlə bəzi düymələrə 3 smaylik yerləşdirilib. 

Dekabrda satışa çıxarılması gözlənilən “Emoji Keyboard” 79.95 dollardan satılacaq. Plus və pro modelləri isə müvafiq olaraq 89.95 və 99.95 dollar etiketinə sahibdir. “Mac OS X”, “iOS” ve “Windows”lu planşet, notebook və PC kompüterlərdə çalışacaq klaviaturalar üçün sadəcə 2 ədəd AAA batareyaya və “EmojiWorks”un öz proqramına ehtiyac var.

Şərhlər

Çox oxunanlar