Feysbukdan daha bir yenilik

07.11.2015 02:25     Maraqlı     2013

Facebook paylaşılan musiqinin 30 saniyəsini dinləmək imkanı verən yeni funksiyasının tətbiqini elan edib.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Music Stories kimi tanınan bu funksiya "musiqi axtarışı və paylaşımını asanlaşdırmaq" məqsədi daşıyır.

30 saniyəlik dinləmə Spotify və Apple Music-dən yayımlanacaq və həvəskarlar xoşladıqları musiqini pulla ala və ya saxlaya biləcəklər.

Bu o deməkdir ki, Facebook istifadəçiləri mobil tətbiqi tərk etmədən musiqi dinləyə və paylaşa biləcəklər.

Hazırda texnologiya dünyasında musiqi paylaşımı ilə video görüntülər mübarizə aparır.

Avqustda Vine- video şəbəkəsi elan edib ki, videolarda hansı mahnının ifa edildiyini bilmək üçün Shazam-dan istifadə edəcək.

Lakin sosial media şəbəkəsinə musiqi əlavə edilməsi hələ yaxşı pul gətirməyib.

İnstagram aprel ayında @music funksiyasını təqdim etsə də, kütləvi izləmə əldə etməyib.

İnstagramın direktoru Kevin Systrom Newsbeat proqramına deyib ki, "bu yalnız zaman məsələsidir, çünki musiqi dominant olacaq".

Twitterin də musiqi paylaşımı sahəsində təcrübəsi uzun sürməyib.

Şərhlər