Aparıcı bu hərəkətinə görə işdən qovuldu - VİDEO

08.11.2015 03:49     Maraqlı     2179

Çempionlar Liqasının oyununu yayımlayan "LeTV" telekanalında kuryoz hadisə baş verib.

Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, Çin telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yuxulayıb.

Qarşılaşmanın gedişində yuхuya gedən Lunun хorultusunu hətta oyunu televiziyadan izləyənlər də eşidib. Kuryoz hadisə zamanı onun digər həmkarı oyununun gedişatını tamaşaçılara çatdırmağa davam edib.

Ancaq digər şərhçinin danışığı da onun хorultusunu kəsməyib. Bu hadisə böyük səs-küyə səbəb olub. Bu səbəbdən kanal rəhbərliyi şərhçini işdən qovub.

Şərhlər

Çox oxunanlar