Azərbaycanda tarixən hansı bayraqlar olub? - FOTOLAR

09.11.2015 12:54     Maraqlı     5641

Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2010-cu ilin sentyabrın 1-də isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.

Bəs, müstəqillik dövrünə qədər Azərbaycanın tarixi torpaqlarında hansı bayraqlar dalğalanıb. 

Reaksiya.az Ölkə.Az-a istinadən həmin tarixi bayraqlarımızı sizlərə təqdim edir:

Midiya

Əhəmənilər imperiyası

Atropatena

Albaniya

Sasanilər dövləti

Ərəb Xilafəti

Xürrəmilər hərəkatının mübarizə bayrağı

 Xəzər Xaqanlığı

 Səlcuq İmperatorluğu

Atabəylər (Eldənizlər) dövləti

Hülakulər (Elxanilər) dövləti

Qaraqoyunlu dövləti

Ağqoyunlu dövləti

Şirvanşahlar dövləti 

Səfəvi İmperatorluğu

Əfşarlar imperiyası 

Qacarlar imperiyası

Azərbaycan Demokratik Respublikasının 1918-ci ildəki ilk bayrağı

Azərbaycan SSR-nin 1952-1991-ci illərdəki bayrağı

Cənubi Azərbaycanda "Azadistan" dövlətinin bayrağı

Azərbaycan Demokratik Respublikasının 1918-1920-ci illərdəki və müasir Azərbaycan Respublikasının bayrağı

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs üçrəngli Dövlət Bayrağımız, milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdı.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Şanlı Azərbaycan bayrağını yaşadaraq gələcək nəsillərə ötürmək isə bizim öhdəmizə düşür.

Bayramınız Mübarək!

 

Şərhlər