Qazaxıstanda dünyanın ən böyük buz parkları qurulur

10.11.2015 14:25     Maraqlı     2632

Ölkəyə daha çox turist cəlb elmək üçün çinli mütəxəssislərin köməyiylə Qazaxıstanda buzdan dünyanın ən böyük əyləncə parkı qurulacaq. Reaksiya.az xəbər verir ki, Astana, buzdan hazırlanan heykəl və əyləncə "diyarları" ilə bütün dünyadan turistləri özünə cəlb etməyə çalışacaq.

Qazaxıstan yeni və olduqca iddialı bir layihəyə imza atmağa hazırlaşır. Astananın dörd fərqli rayonunda buzdan heykəl və əyləncə parkları qurulacaq. Astananın mərkəzində təxminən 20 min kvadrat metrlik bir sahəni əhatə edəcək əyləncə diyarının 1 dekabrda açılması gözlənilir. Əyləncə məkanlarında buzdan yelləncəklər, labirintlər, heykəllər də olacaq.

Şərhlər