Çəhrayı brilliant qaşlı üzük rekord qiymətə satıldı

11.11.2015 12:59     Maraqlı     3917

Dünyanın nadir brilyantlarından hesab olunan 16 karatlık çəhrayı brilliant qaşlı üzük rekord qiymətə satılıb.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, üzüyə İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 28,7 milyon dollar verilib.

Hərracda üzük üçün ilk olaraq 18 milyon dollar təklif olunub.

Qeyd edək ki, çəhrayı brilyant üzüyün yeni sahibinin kimliyi açıqlanmayıb.

Şərhlər