Dünyaya oxşayan planet tapıldı

12.11.2015 10:46     Maraqlı     2306

Araşdırmalar nəticəsində dünyaya oxşayan planet tapılıb.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 0Massaçusets Texnologiya İnstitutunun elm adamları məlumat yayıb.

Çilidəki teleskoplarla aparılan monitorinqlərin nəticəsində ortaya çıxan planetə “GJ 1132b” adı verilib. Qalın atmosfer quruluşuna sahib olduğu açıqlanan planet dünyaya 39 işıq ili məsafəsində yerləşir.

Həmçinin, alimlər qeyd ediblər ki, planet hər hansı həyat növünün inkişaf etməsi üçün çox istidir.

Şərhlər

Çox oxunanlar