Milyarder 7 yaşlı qızına elə hədiyyə aldıki

13.11.2015 14:25     Maraqlı     2511

Dünyanın ən bahalı mavi almazını alan şəxsin kimliyi bilindi.

Reaksiya.az ANS PRESS- ə istinadən xəbər verir ki, bu, Honk Konqdan olan bir milyarderdir. 12,03 karatlıq mavi almazı o 7 yaşlı qızı Jozefinaya hədiyyə alıb. Josef Launun qızı üçün etdiyi bu hədiyyənin qiyməti isə nə az, nə çox düz 48,4 milyon dollardır.

Əmlak kralı olan iş adamı qızına aldığı almazın adını dəyişib. İndi bu daş “Blue Moon Diamond” (Mavi ay almazı) əvəzinə "Josefinanın mavi ayı" adlanır.

Bu milyarderin qızı üçün aldığı ilk hədiyyə deyil. Belə ki, bundan öncə o "Christie's" hərrac evindən ən böyük çəhrayı almazı satın alıb. Launun 28,5 milyon dollar ödədiyi almaz bir üzüyün üzərindədir. Çinli iş adamı onun adını isə "Şirin Jozefina" qoyub.

Lau qızı üçün daha öncə də belə bahalı hədiyyələr alıb. Hələ 2009-cu ildə körpə qıza 9,5 milyon dollara almaz alaraq, onu "Josefinanın ulduzu" adlandırıb.

64 yaşlı Josef Lau 2014-cü ildə qumar cənnəti olan Makao bölgəsində dəyərli bir yeri almaq üçün keçmiş nazirlərdən birinə rüşvət verməkdə təqsirli bilinib.

Şərhlər

Çox oxunanlar