Pişiklər üçün kafe açıldı - FOTOLAR

17.11.2015 17:03     Maraqlı     2393

Kanadanın Toronto şəhərində pişik sevərlərin arzuları reallaşıb. Belə ki, ölkənin bəzi şəhərində olduğu kimi, Torontoda da pişiklər üçün “TOT” kafesi açıldı.

Reaksiya.az Azərtac-a istinadən xəbər verir ki, kafenin işçi qrupu həftə sonunda açılış münasibətilə təmtəraqlı tədbir təşkil edəcək. Tədbir üçün dəvətnamələr artıq paylanılıb.

“TOT” kafesi həftə içi hər gün saat 10-dan axşam 8-dək işləyəcək. Kafedə pişiyinin menyusuna görə sahibi 8 ABŞ dolları ödəməlidir.

Pişiklər üçün nəzərdə tutulmuş obyekt adi kafe kimi də fəaliyyət göstərəcək. “TOT” kafesinin yaxın zamanlarda Kanadanın digər şəhərlərində də açılacağı bildirilir.

Şərhlər