Sevgililər rekordlar kitabına düşdü

20.11.2015 12:02     Maraqlı     2397

Ginnesə düşən bəyin 103, gəlinin isə 91 yaşı var.

Dünyanın ən yaşlı cütülüyü evləndi. Britaniyada 103 yaşlı kişi 91 yaşlı qadınla rəsmən nigaha daxil olub.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, qocaman aşıqlərin məhəbbəti Ginnesin rekordlar kitabına düşüb. 103 yaşlı bəy Corc Kirbi onun sevgilisi 91 yaşlı Dorin Laki rəsmən evləniblər. Ər-arvad nikah mərasimindən sonra daha beş ay gözləməli olublar ki, sənədləri təsdiq olunsun. Onlar 27 il vətandaş nikahından sonra toy ediblər.

Böyük Britaniya sakinləri bəşər tarixində yeni rekorda imza atıblar. Cütlük ən yaşlı bəy-gəlin kimi adlarını Ginnes rekordlar kitabına yazdıra bilib.

İyun ayında yaşlı bəy, “Daily Mail” qəzetinə evliliyi barədə danışıb. "Evlilik təklifini dizimin üstünə çökərək etmədim, çünki bir daha ayağa qalxa bilməzdim".

Köhnə boksçu olan Corc Kirby həyat yoldaşına daha əvvəl evlilik təklifi etmədiyi üçün peşman olmadığını bildirib.

Cütlüyün 7 uşağı, 15 nəvəsi və 7 nəticəsi var. İndiyə qədər rekord 2002-ci ildə evlənən fransız François Fernandez ilə modelyer Francineaya aid edilirdi. Onların yaşlarının cəmi 191 idi. Bu cütlük isə onlardan daha üç yaş böyükdür.

Şərhlər