"Rusiya SSRİ-ni bərpa edərək Türkiyəni də oraya qatmağı arzulayır" - Politoloq

24.07.2016 10:24     Müsahibə

Son zamanlar dünyanı müharibələr, terror aktları caynağına alıb.

Bir sıra ekspertlər bildirir ki, bu hadisələr dünyanın siyasi xəritəsini dəyişmək istəyənlərin yeni oyunudur.

Yaxın Şərqdə müharibə səngimək bilmir. Kürdlər İraq, Suriya və Türkiyə ərazilərindən torpaq qopararaq dövlət qurmaq istəyir. Kürdlərə bu yöndə Avropa və ABŞ-da dəstək olur. ABŞ tərəfi dünyanın siyasi xəritəsinin dəyişməyinin təhlükəli olduğunu desə də, Rusiya keçmiş SSRİ-nin bərpası haqqında düşünür.

Yaxın zamanlarda dünyanın siyasi xəritəsi dəyişə bilərmi?

Bununla bağlı fikirlərini politoloq Qabil HüseynlÖlkə.Az-la bölüşüb:

"SSRİ dağılandan sonra dünyanın siyasi xəritəsində kəskin dəyişikliklər baş verdi. Dünya hələ də bu dəyişikliklərin ağrısını yaşamaqdadır. İstər Yaxın Şərq olayları, istərsə MDB məkanında baş verənlər həmin siyasi xəritənin dəyişmənin nəticəsidir. SSRİ-nin dağılması dövrünü xatırlayıram. O zaman dünyada belə bir fikir hakim idi ki, sivilizasiyanın bütövlüyü, dünyanın birmənalı qaydada vahidliyi, sürətlə tərkisilah, xüsusi ilə nüvə tərkisilahı baş tutmalı, sivilizasiyanı daha uzunömürlü etmək üçün nə varsa həyata keçirilməldir. Həmin dövrdə gərginliyin zəiflədilməsi prosesi başlandı. Sosializm, SSRİ dağıldı. Yaxın Şərqdə və Afrikada SSRİ-ni müdafiə edən diktatura, totalitar rejimlər sıradan çıxdı. Dünya həqiqətən də, xeyli təlatümsüz və təhlükəsiz dünyaya çevrildi.

Həmin dövrdə dünya həddindən artıq təhlükəli idi. Nüvə silahı qorxusu var idi. Əllər hər an nüvə düyməsinə yaxın vəziyyətdə idi. İndi baş verən münaqişələr kimlərinsə qurmaq istədiyi yeni dünya düzənidir. Bu dünya düzənində demokratiya, insan hüquqları, insanlar arasında normal münasibət var, multikultiralizm elementləri, tolerantlıq var.

Dünya o zaman iki qütblü idi. İndi bir qütblüdür. Yenidən dünyanı iki və çox qütblü etməyə çalışanlar var. Bunu istəyənlər dünyanın iqtisadi və sanaye cəhətdən inkişaf etmiş gücləridir. ABŞ hazırda dünyada super güc sayılır. Son zamanlar Çin peyda olub. Çinin çox böyük ambisiyaları var. Çin süni adalar tikir. Başqa ölkələrin sahil sularını öz ərazisinə qatmağa çalışır. Çinlə eyni məqsəddə olan və ən təhlükəli mövqedə dayanan, dünya xəritəsini dəyişdirməyə çalışan ölkələrdən biri də Rusiyadır. Rusiya Jirnovskinin dili ilə desək SSRİ-ni bərpa edir və hətta oraya Türkiyəni də qatmağı arzulayır. Kremlin ideya carçıları o dərəcədə dünya xəritəsini dəyişməyə meyillidirlər ki, buraya hətta regional güc olan, tabe edilməsi çox çətin olan və hansısa NATO ölkəsinin də qatılmasını xəyallarından keçirirlər.

Dünyada iki növ güc var. Bir güc əmin-amanlıqdan, sabitlikdən, yeni dünya qaydalarından bəhs edir. Bu tərəf dünyada demokratik, insan hüquqları ilə bağlı dəyərlərin, yeni siyasi sistemlərin bərqərar olması hesabına xalqlar arası tolerantlığın güclənməsini, millətlər arası gərginliyin zəiflədilməsi və yox edilməsi, dünyanın daha təhlükəsiz və firavan olmasını istəyir.

İkinci qütbün sahibləri isə imperialist təfəkkürü ilə yaşayır, köhnə steriatiplərlə düşünür, güclə hər şeyin edilə biləcəyini xəyal edir və açıqca deyirlər ki, genlərimizdə babalarımızdan bizə yadigar qalmış super dövlət ideyası yaşayır, biz bu ideyanı reallaşdırmasaq babalarımız qarşısında heç cürə nə bu dünyada, nə də o dünyada hesabat verə bilmərik. Tarixi analiz göstərir ki, bu təfəkkürdə olan xalqlar yalnız başqa xalqların qanını sümürmək hesabına super millətə çevrilə biliblər. Bu gün onların qanlarında axan qanın 60-70%-i başqa xalqların qanıdır. Dövlətçiliyi də məhz özləri işğala məruz qaldıqdan sonra görüblər və mutasiya hesabına saylarını da artırıblar.

İnsanlar indiki dövrdə nüvə silahından uşaq oyuncağı kimi istifadə etməyə cəhd göstərməməlidirlər. İqlim dəyişikliyini necə aradan qaldırmaq lazımdır, onun üzərində düşünməlidirlər. Yeni ərazilər işğal etmək yerinə Arktikadakı buzlağın sürətlə əriməsi və bunun nəticəsində dünya okeanının suyunun səviyyəsinin qalxması haqqında düşünmək lazımdır.

Dünyanın siyasi xəritəsini yenidən cızmağa heç bir ehtiyac yoxdur".

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər