“Kainatın yaradılışı ilə bağlı indiyə kimi irəli sürülən iddialar yanlışdır” - - Dünyada inqilaba səbəb olacaq nəzəriyyə yaradan Azərbaycanlı alimin iddiaları

10.08.2016 09:37     Müsahibə

Bu müsahibə çox müzakirələrə səbəb olacaq... Əvvəlini http://reaksiya.az/news/musahibe/17086-azerbaycanli-alimin-dunyada-inqilaba-sebeb-olacaq-nezeriyyesi oxuya bilərsiniz

II Hissə

-Sizin digər düşüncələrdən fərqiniz nədir? Bəs siz necə izah edirsiniz dünyanın yaranmasını?

-Biz kainatın yaranmasını “Orbitlər nəzəriyyəsi” vasitəsi ilə izah edirik. Orbitlər nəzəriyyəsinin mahiyyətini qısaca izah edim: biz düşünürük ki, günəşin ətrafında olan fəza cisimləri onun başında fırlanmış olsaydı, bu sözün əsl mənasında qanunauyğunluq olardı. Bu artan istiqamətdə də ola bilərdi, azalan istiqamətdə də. Əslində isə bu belə deyil. Burda qanunauyğunluq pozulub: biri yüngüldür, digəri isə ağırdır. Merkuri planeti isə ümumiyyətlə tamamı ilə əks istiqamətdə fırlanır. Bunlar əgər günəşdən ayrılmışdılarsa, qanunauyğunluqla hərəkət etməli idilər. Biz isə deyirik ki, əvvəl bir orbit mövcud olub və həmin orbitlər günəşdən gələn işıq posriyalarını tutub sıxlaşdırmaqla materia, kütlə yaradıblar. Yəni, cisim enerjidir, enerji də materiadır. Işıüq sürəti ilə yığışmış enerji materiaya , kütləyə çevrilə bilər. Fikirləşirik ki, bu həmin işıq sürəti ilə yığışan enerji yer orbitində yığışıəb yeri əmələ gətirib, Merkuridə olanlar merkurini, Marsda olanlar Marsı. Yəni, əvvəl orbitlər mövcud olub, planetlər də orbitlərdə yığılan enerjidən formalaşıb, başlanğıc mənbəə isə Günəşdir. O zaman ortaya çox maraqlı bir sual çıxır, bəs günəş özü hardan əmələ gəlib? Biz belə bir fərziyyə irəli sürürük ki, hansısa daha böyük bir işıq, nur mənbəəyindən əmələ gəlib Günəş.

Beləliklə, kainat zncirvari bir formada yaranıb. Bunların başında dayanan enerji mənbəsi isə bizə görə Allahu Təalanın varlığıdır, kəlamıdır, Nurudur. Onun varlığından, kəlamından, nurundan həmin o enerji mənbəəyi necə əmələ gəlib, bax, biz həmin o mexanizmi izah edə bilmirik. Qısaca izah edəsi olsaq, Allah var, mövcuddur və onun varlığının, istəyinin, kəlamının Nurundan enerji sahələri formalaşıb. Bütün planetlər məhz elə bu formada əmələ gəlib.

Universal mövcudluq nəzəriyyəsi haqqında danışası olsaq, biz düşünürük ki, hər bir varlığın bir varolma enerji mövcuddur. Yəni, o varlıq var olmamışdan öncə onun enerjisi olub. Universal ona görə deyirik ki, bu hər bir şeyə aiddir. Daşa, quma, hadisəyə, planetə, yazılmış bir əsərə, yəni bütün varolan hər bir nəsnəyə. Fərz edək ki, “Səfillər” romanının varolma enerjisi var idi, mövcud idi, sadəcə olaraq lazım olanda yerə göndərilib. Allah bir şeyə “var ol” deyəndə, sizin də, mənim də, bir kitabın da, müharibələrin də varolan enerjisi yaranıb. Zamanı çatanda həmin enerji aktivləşib, varolan mövcudluğa çevrilib. Indi sual oluna bilər ki, necə oldu bütün bunlar mövcudluğa çevrildi?! Deyək ki, Arximed qanunu birinci lazım idi, bu artıq zərurilik prinsipidir. Yəni varolanın mövcud olması üçün zərurilik əsas şərtdir. Indi düşünün, elektrik enerjisi olmasa, bu boyda böyük şəhərlərin təminatını necə həyata keçirmək olar? Zəruri idi ki, hansısa məqamda elektrik kəşf olunsun, insanlar rahatlıq tapsınlar. Bu təkamül zəruriliyi prinsipindən vaxtı çatanda varolma mənasına gəlir. Biz bəzən insan məntiqi ilə, sentimental düşüncələrlə yanaşanda müharibələr olduqca pis bir hadisədir. Itikilər var, dağıntılar var. Amma müharibələrin özü cəmiyyəti çirkabdan təmizləyir. Heç kəs iddia edə bilməzdi ki, II Dünya müharibəsi olmasaydı, Avropa daha yaxşı inkişaf edəcək... Çünki bu bir zərurətdir. Həm maddi, həm də mənəvi baxımdan bir təmizlənmədir müharibələr. Məsələn, sonuncu Aprel döyüşlərində cəmiyyətdə nsanlar arasında necə böyük bir həmrəylik var idi, elə deyilmi? Bütün incikliklər, bütün umu-küsülər hamısı qalmışdı arxada. Hər kəs bir yumruq kimi olmuşdu. Bu təkan verdi ki, yeni ideyalar yaransın, yeni ədəbi əsərlər meydana gəlsin. Cəmiyyətdə böyük bir potensial yaranmışdı. Bu canlılar aləmi üçün vacib olan bir məqamdır. Təsəvvür edin ki, siçovullar hamısı anadan olandan ta ölən gününə kimi yaşasaydılar, nə baş verərdi? Təbii ki,  dünya dözülməz olardı. Ya da bir kənd və ya bir şəhərin əhalisi dünyasını dəyişməsə nə baş verə bilər? O baxımdan müharibə enerjisinin özünün də cəmiyyəti təkamülə aparmaq üçün müsbər tərəfləri var.   

Qurani – Kərimdə belə bir ayə var: “Biz sizin ruhlarınızdan mövcud olanda bizə itaət edəcəklər deyə biət aldıq”. Və yenə bunlara xatırladıldı ki, bax sənin ruhun bizə itaət etmək üçün söz verib, amma insan yenə öz yolunu azdı. Bax, elə bu ayənin özü onun bariz sübutudur ki, insan mövcud olmamışdan əvvəl ona aid nəsə mövcud olub. Və ya götürək südü...Biz bu südə necə həqiqət kimi baxmaya bilərik? Bu gün o, bizim qarşımızda var, mövcuddur. Dünən o, hansısa bir otun tərkibində idi, o otu keçi yedi, keçinin bədənində mövcud olan komponentlərlə həmin ot birləşdi və süd yarandı. Amma bu süd var idi, hansısa bir otun tərkibində varolmuş olsa belə. Onu əmələ gətirən o kök olmamış olsaydı, o keçinin bədənində mövcud olan komponentlərlə reaksiyaya girməmiş olsaydı, qətiyyən bunlar bir araya gəlməzdi və biz süddən danışa bilməzdik. Həmin sabahdan sabah pendir və ya yağ düzəldəcəklər. Indi biz həqiqəti harda axtaraq: bitkidə, keçidə, süddə, yoxsa keçidə? Və ya sizin özünüzü götürək: siz 38 il bundan əvvəl harda idiniz, 10 yaşınızda hansı xüsusiyyətlərə malik idiniz, 70 yaşınızda hansı xüsusiyyətlərə malik olacaqsınız?! Sizin 10 yaşınızdaki halınıza və ya indiki halınıza baxanda və ya 70 yaşınızdaki halınızı göz önündə canlandıranda tamam fərqli məqamlar ortaya çıxacaq. Bəs həqiqət hansıdır?!

Avropada son dövrlərdə müəyyən bir araşdırmalar aparılır: kainatda var olan müəyyən atom zərrəciklərini işıq sürətinə yaxın bir sürətlə toqquşdurub ilkin zərrəciyi almağa çalışırlar. Amma o “Tanrı zərrəciyi” dedikləri zərrəcik də saniyənin milyonda birində mövcuddur və əsla zamana güc gələ bilmir. Əslində, bu təcrübənin özündı bir sıra yanlışlar var. Toqquşdurmaqla heç nəyə nail olmaq olmaz, əksinə toplamaq, bir araya gətirmək lazımdır təbiətdəki enerjini.

-Bəs ölkədə, elm aləminin özündə bu nəzəriyyələrə münasibət necədir?

-Bilirsiniz ki, hər hansı bir düşüncə, hər hansı bir nəzəriyyə ortaya çıxanda təbii ki, onun tərəfdarları da, əleyhdarları da mövcud olur. Bəziləri həmin nəzəriyyələri israrla rədd edir, bəziləri isə müdafiə edir... Bu da çox normal haldır. Bizdə də elədir. Müdafiə edəınlər də, bunun yeni bir bxış bucağı olduğunu deyənlər də var, bunun sadəcə bir illuziya olduğunu iddia edənlər də.

-Sonda oxucularımıza nə demək istərdiniz?

-Təbii ki, bizim bu dediklərimiz bir qədər çətin başa düşüləndir. Biz indi həmin bu nəzəriyyələrin haqqında sənədli tanıtım filmi hazırlamaq haqqında düşünürük. Mən elə sizin saytınız vasitəsi ilə oxucularımıza, bizim dəyərli insanlarımıza müraciət etmək istərdim ki, müəyyən mənada bizim bu sənədli filmin araya - ərsəyə gəlməsinə öz dəstəklərini əsirgəməsinlər. Təbii ki, bu dediklərimizə aid hazır kadrlar mövcud deyil, bunun üçün çalışmaq lazımdır, bunu araya-ərsəyə gətirmək lazımdır. Bir neçə dildə(ingilis, rus, türk) biz bunu xaricə çıxararıqsa, düşünürəm ki, bundan həm elmimiz, həm də millətimiz, dövlətimiz böyük dividentlər əldə edəcək.

Advertisement Banner

Şərhlər