"İRANDAKI MƏSƏLƏLƏR XALQIN İRADƏSİ İLƏ HƏLL OLUNMALIDIR" | Reaksiya

"İRANDAKI MƏSƏLƏLƏR XALQIN İRADƏSİ İLƏ HƏLL OLUNMALIDIR"

Millət vəkili Asim Mollazadə son bir həftə ərzində İranda baş verən iğtişaşlarla bağlı danışıb.

Deputatla qısa söhbəti təqdim edirik.
 
İranda yaşanan hadisələr nədən qaynaqlandı?
 
Sosial narazılıqla başlayan hadisələrin mahiyyəti məhz siyasi mübarizədən ibarətdir. Sosialistlər dini rejimə qarşı ayağa qalxır. İstənilən halda iğtişaşlar zorakılıq olmadan, sülh istiqamətində yatırılmalı, məsələ həll edilməlidir. Tək 7 gün ərzində 20-dən çox insan aksiyalarda həyatını itirib. Ona görə, zorakılıq qəbul olunmazdır. İrandakı etirazların bu qədər kəskin vüsət almasının səbəbi xalqın uzun illərdir, totalitar rejimin tabeliyində yaşamasıdır.
 
Bu ixtişaşlarda xarici dövlətlərin, xüsusilə İsrail və ABŞ-ın marağı varmı?
 
Hər ölkənin daxilində baş verən məsələlər məhz xalqın iradəsi ilə həll olunmalıdır. Hazırda İrana xarici qüvvələrin elə də güclü təsiri olmadığını düşünürəm.
 
ABŞ-ın İran rehjiminə qarşı yeni sanksiya planı nə dərəcədə realdır?
 
Əslində sanksiyalar tətbiq olunmasını gözləmirəm. Razılaşmaya uyğun olaraq, İranın üzərindən sanksiyalar qaldırılıb. Yaranmış vəziyyətdə kəskin dəyişiklik olarsa, ancaq o zaman yeni sanksiyadan söhbət gedə bilər.
 
Son iğtişaşlar Güney Azərbaycan mövzusunu aktuallaşdıra bilərmi ?
 
Hər bir xalqın öz dilini, mədəniyyətini inkişaf etdirmək hüququ var. İranda yaşayan soydaşlarımızın bu hüquqları uğrunda apardığı mübarizə illərdir davam edir.
 
Muxtariyyət məsələsinə gəlincə, dil və mədəniyyət baxımından aparılan bu mübarizə hər zaman gündəmdədir. Xalq da məhz bu haqqını tələb edir.
 
Ümumiyyətlə, İranda baş verənlər region ölkələrinə necə təsir edəcək?
 
Bu mübarizənin nəticəsindən asılıdır. Regionda yaxın zamanda kəskin dəyişikliklərin baş verəcəyini gözləmirəm.(sherq.az)
 
Advertisement Banner

Şərhlər