Təhsil Nazirliyi: Əməkhaqlarının artımı 240 min təhsil işçisinə şamil edilir | Reaksiya

Təhsil Nazirliyi: Əməkhaqlarının artımı 240 min təhsil işçisinə şamil edilir

Prezident İlham Əliyevin təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında verdiyi 28 fevral 2018-ci il tarixli sərəncamı 240 min təhsil işçisinə şamil edilir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb:

"Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir".

Reaksiya.az

Advertisement Banner

Şərhlər