Nazir: Bu tətil noyabrdakı tətili əvəzləyir

16.10.2020 11:38     Müsahibə     104

Biz təhsil müəssisələrində tətil elan etmişdik, karantin rejimi yox.

Reaksiya.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqdə deyib:

"Bu halda tədris müəssisələrində tədris aparılmır. Təhsil müəssisələrində 9 günlük tətil ənənəvi qaydada müəyyən olunub və hazırda həmin tətil günlərinin vaxtı əvəzlənib. Əvvəlki dövrlərlə müqayisədə son günlərdə virusun yayılma sürəti artıb. 1221 məktəbdə, Gəncə, Naftalan, Ağcəbədi, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Cəbrayıl, Bərdə və digər cəbhəyanı bölgələrdə təxribatla əlaqədar tədrisi bərpa edə bilmirik. Bakı və Abşeron isə insanların sıx toplaşdığı yerdir. Hazırda şagirdlər arasında kütləvi yoluxma halları qeydə alınmayıb. Lakin onların ictimai nəqliyyatdan istifadə etməsi yolxuma hallarının artmasına səbəb olacaqdır. Düşünürəm ki, hazırkı şəraitdə ən doğru qərar qəbul edilib. Oktyabr ayının son həftəsində distant təhsillə bağlı ictimaiyyətə məlumat veriləcək. Bu gün distant təhsilin mümkün olmamasını demək mümkün deyil. Qısa zaman ərzində ordumuzun apardığı zəfər yürüyüşü uğurla nəticələnəcək.

Bu tətil noyabrda olan tətili əvəzləyir və buraxılan dərsləri kompensasiya ediləcək".

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar