Tural Abbaslı: "Azərbaycan sona qədər öz torpaqları uğrunda mübarizə aparacaq!" - VİDEO

20.05.2021 13:46     Müsahibə     469

"Azərbaycan bu gün, Ermənistan ərazisinə daxil olmaq istəsə, Ermənistanın elə bir hərbi qüvvəsi yoxdur ki, onun qarşısında dursun!"
 
 
Reaksiya.az xəbər verir ki, bu sözləri "Ağ Partiya" rəhbəri Tural Abbaslı "Reaksiya TV"nin efirində yayımlanan "SİYASİ REAKSİYA" verilişində jurnalist Zaur Qəriboğlunun suallarını cavablandırarkən deyib. 
 
O həmçinin qeyd edib ki, Azərbaycan hazırda öz sərhədlərini müəyyənləşdirir və torpaqları uğrunda mübarizə aparır: 
 
"Kim gəlir gəlsin, Azərbaycan sona qədər öz torpaqları uğrunda mübarizə aparacaq. Bu mübarizə yeri gələcək masa arxasınada olacaq, yeri gələcək diplomatik cəbhədə,  yeri gələcək meydanda olacaq. Bizim igid əsgərlərimiz, sərhəd qoşunlarımız bu məsələdə düşmənin layiqli cavabını verəcək!"
 
Reaksiya.az olaraq sözü gedən müsahibəni oxucularımıza təqdim edirik:

 

Şərhlər

Çox oxunanlar